Terms and Conditions
EDUVENTOS
Sizə xidmətlərimizdən istifadə etməyə maraq göstərdiyiniz və bu niyyətinizi ifadə etdiyiniz üçün təşəkkür edirik. Aşağıdakı Şərtlər və Qaydalar xidmətlərimizdən istifadə etmə şərtlərini müəyyən edir və “Eduventure” MMC ilə İstifadəçi arasında hüquqi baxımdan bağlayıcı bir razılaşma təşkil edir. Xidmət şərtləri ilə bağlı hər hansı bir sualınız varsa, bizimlə [email protected] ünvanından əlaqə saxlayın.
Xahiş edirik, platformadan istifadə etməzdən əvvəl Eduventos Xidmət Şərtlərini diqqətlə oxuyun. Platformaya daxil olmaqla, baxaraq və ya hər hansı bir şəkildə istifadə etməklə:
İstifadəçi təsdiqləyir ki, bu Şərtləri oxuyub başa düşüb və onlara əməl etməyi qəbul edir.
Əgər istifadəçi bu Şərtlərlə razı deyilsə, Xidmətlərə daxil ola, baxa və ya onlardan istifadə edə bilməz.
1. Ümumi müddəalar
1.1. Eduventos “Eduventure” MMC-yə məxsus məhsul olmaqla, Azərbaycan Respublikasında əmtəə nişanı kimi qeydiyyata alınıb. Ünvan: Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küşəsi 20, mənzil 93, VÖEN: 1506908321, Əlaqə e-poçtu: [email protected]
Təriflər:
a) Xidmət Təchizatçısı – Azərbaycan, Bakı şəhərində yerləşən Eduventure MMC
b) Platforma – Xidmət Təchizatçısına məxsus olan, istifadəçilərə onlayn testlərdən və tədris materiallarından istifadə etmək (onları həll) imkanı verən vebsayt və ya mobil tətbiq;
c) İstifadəçi – Xidmətlərdən istifadə edən tam fəaliyyət qabiliyyətli və ya məhdud fəaliyyət qabiliyyətinə malik fiziki şəxs;
e) Xidmətlər – Xidmət Təchizatçısının vebsayt və ya mobil tətbiqlər (proqramlar) vasitəsilə elektron şəkildə təqdim etdiyi bütün xidmətlər;
f) Qeydiyyat Forması – Hesab yaratmaq üçün vebsaytda və ya mobil tətbiqlər (proqramlar) mövcud olan forma;
g) Qeydiyyat – Qeydiyyat formasını doldurmaq və hesab yaratmaq;
h) Profil – İstifadəçinin məlumatlarının saxlandığı və unikal istifadəçi adı, mobil nömrə və şifrə ilə qorunan resurslar toplusu;
i) Hesab məlumatları – Qeydiyyat zamanı İstifadəçinin təqdim etdiyi, bu Qaydaların 2-ci fəalinin (Xidmət şərtlərinin nqeydiyyatı) I bəndində göstərilən məlumatların məcmusu
j) Müqavilə–vebsayt və ya mobil tətbiqlər vasitəsilə istifadəçi ilə bağlanmış xidmət müqaviləsi;
k) Tarif paketləri – Xidmətlərlərdən istifadəni optimallaşdırmaq üçün təklif olunan abunə haqqı;
l) Qiymət Cədvəli – Xidmət Təchizatçısının təklifinin təsviri və Tarif Paketlərinin qiymətlərini əks etdirən sənəd;
m) Ödəniş Sənədi – Faktura və ya ödənişin həyata keçirildiyini təsdiq edən digər sənəd;
n) Onlayn Test – Müxtəlif növ bilik, intellektual və digər testlər.
o) Tədris vəsaiti – Yazılı mətn, video, audio və digər formatda olan öyrənmə materialı;
p) Platforma-İstifadəçiyə xidmətlərin təklif edildiyi, İstifadəçiyə məxsus vebsayt və ya mobil tədbiqlər
1.3. Platformada imtahan və tədris fəaliyyətinə aid olan elan və reklamlar təqdim edilə bilər.
1.4. Platformadan istifadə etmək üçün aşağıdakı minimal texniki tələblərə əməl edilməlidir:
- Kompyuter üçün (masaüstü, dizüstü və s.) minimal uyğun prosessor (x86 2GH və ya analoqu), 4GB əməli yaddaş, uyğun qrafik kart, minimum 100MB boş yaddaş, internetə çıxış və dəstəklənən brauzerlərdən (Google Chrome, Safari və s.) birinin olması;
- Android əməliyyat sistemi ilə çalışan avadanlıqlarda Android 8.0 (Oreo) və ya daha yeni versiyanın olması;
- iOS əməliyyat sistemli avadanlıqlarda iOS 13 və daha yeni versiya tələb olunur.
Dəstəklənməyən və ya Məhdud Uyğunluğa Malik Cihazlar:
• Android Go cihazları (məhdud RAM və prosessor gücünə malikdir)
• Jailbreak edilmiş iOS cihazları (təhlükəsizlik və stabil işləmə zəmanəti verilmir)
• Köhnə modellər:
• iPhone 6 və daha köhnə modellər;
• Samsung Galaxy S6 və daha köhnə modellər;
• Huawei P9 və daha köhnə modellər;
• Xiaomi Redmi 4 seriyası və daha köhnə modellər və s.
1.5. Xidmətlərdən istifadə internetdən qaynaqlanan risklər daşıyır və Təchizatçı istifadəçilərə bu riskləri minimuma endirmək üçün tədbirlər görməyi tövsiyə edir.
1.6. Bu Şərtlər İstifadəçi hüquqlarını məhdudlaşdırmaq niyyəti daşımır və qanunla təmin edilmiş hüquqlar üstünlük təşkil edir.
2. Xidmət Şərtlərinin Təminatı
İstifadəçi Platformardan istifadə edərkən müvafiq qanunlara, sosial birgəyaşayış prinsiplərinə və əxlaq normalarına uyğun davranmağa, həmçinin üçüncü tərəflərin şəxsi hüquqlarına və intellektual mülkiyyət hüquqlarına hörmət etməyə borcludur.
2.1. İstifadəçi Qeydiyyatı
- Platformada qeydiyyat könüllüdür. Bu proses hər hansı zaman məhdudiyyətinə məruz qalmadan hər an həyata keçirilə bilər.
- Platforma istifadəçisi – Aşağıdakı statuslara malik olan şəxs:
- Xidmətdən istifadə edən istənilən şəxslər,
- Məhdud fəaliyyət qabiliyyərli şəxslərin qəyyumları və ya himayəçiləri
- Hesabın düzgün yaradılması üçün Qeydiyyat Formasında aşağıdakı məlumatlar təqdim edilməlidir:
- İstifadəçi üçün təqdim edilməsi məcburi olan məlumatlar:
- Ad, soyad və ata adı (bu məlumatların şəxsiyyət vəsiqəsində qeyd ediləndən fərqli şəkildə verilməsi hədiyyəli yarışları qazanmış istifadəçini hədiyyəni almaq hüququndan məhrum edir);
- Mobil nömrə
- Yaşadığı region
- Həll etmək istədiyi imtahanın aid olduğu sinif
- Hazırlaşdığı ixtisas qrupu (9, 10, 11-ci sinifləri seçənlər üçün)
- Xarici dil seçimi
- Şifrə və təkrar şifrə
- Şərtlər, qaydalar və məxfilik siyasəti ilə tanış olduğunu təsdiq və qəbul etdiyini bildirmə
- İstifadəçi üçün təqdim edilməsi məcburi olan məlumatlar:
Qeydiyyatı valideyn, qəyyum və ya himayəçi nəzarəti altında keçirmə razılığı
- İstifadəçi üçün təqdim edilməsi məcburi olmayan məlumatlar:
- Fotoşəkil (şəkilin təqdim edilməməsi halında şagirdin adının baş hərfi istifadə edilə bilər;
- Reklamları görmək üçün razılıq;
- Digər bildirişləri görmək üçün razılıq;
2. Valideynlər, qəyyumlar və ya himayəçi qeydiyyatı zamanı təqdim edilməsi məcburi olan məlumatlar:
- Ad, soyad və ata adı;
- Mobil nömrə
- Şifrə və təkrar şifrə
- Şərtlər, qaydalar və məxfilik siyasəti ilə tanış olduğunu təsdiq etmə
- Valideynlər, qəyyumlar və ya himayəçilər üçün təqdim edilməsi məcburi olmayan məlumatlar:
- Fotoşəkil (şəkilin təqdim edilməməsi halında şagirdin adının baş hərfi istifadə edilə bilər;
- Reklamları görmək üçün razılıq;
- Digər bildirişləri görmək üçün razılıq;
- İstifadəçi, platformada digər platformalardakı giriş kanalları vasitəsilə (Məsələn google və ya facebook hesabı vasitəsilə) yaradılmış hesabını sinxronlaşdıraraq qeydiyyatdan keçə bilər. Lakin bu halda Eduventosun şərtlər, qaydalar və məxvilik siyasətini qəbul etməli və digər platformalarda olmayan, lakin Eduventos platformasının təqdim olunmasını tələb etdiyi əlavə məlumatları təqdim etməlidir.
- İstifadəçi platformada qeydiyyatı tamamlayaraq, İstifadəçi razılaşma bağlamağa hazır olduğunu və təqdim etdiyi şəxsi məlumatların doğru və tam olduğunu, üçüncü şəxslərin hüquqlarını pozmadığını bəyan edir. Bu məlumatlarda hər hansı bir dəyişiklik baş verdikdə, İstifadəçi bu barədə Xidmət Təchizatçısını dərhal yazılı şəkildə məlumatlandırmalıdır.
- Yetkinlik yaşına çatmayanların Platformadan qeydiyyatı, istifadəsi və aldığı xidmətə görə ödəniş etməsi yalnız valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı ilə mümkündür. Bununla əlaqədar, Vebsaytda qeydiyyatdan keçərkən İstifadəçi ya yetkin olduğunu, ya da əgər yetkinlik yaşına çatmayıbsa, valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı ilə hərəkət etdiyini bəyan edir. Bu cür bəyanat Təchizatçını hər cür məsuliyyətdən azad edir. İstifadəçinin bank kartının və ya bank hesabının kimə aid olmasından asılı olmayaraq ödəniş etməsi həmin kart və ya hesab sahibinin buna razılıq verməsini təsdiq edir, Xidmət təchizatçısı isə belə razılığın həqiqətən olub-olmamasına görə heç bir məsuliyyət daşımır.
2.2. İstifadəçi Hesabı
- Platforma istifadəçisi hesab yaratdıqdan, aktivləşdirdikdən və müvafiq xidmət haqqı ödədikdən sonra xidmətlərdən istifadə edə bilər.
- Xidmət Təchizatçısı aşağıdakı hallarda hesabın qeydiyatdan keçirilməsindən imtina etmək, hesabı bloklamaq və ya silmək hüququnu özündə saxlayır:
a) Xidmət Təchizatçısı Platforma İstifadəçisinin Şərtlərə uyğun olmadığını və ya hesab açmaqda İstifadəçinin məqsədinin Platformadan kommersiya məqsədləri üçün istifadə etmək olduğunu aşkarlayarsa;
b) Xidmət Təchizatçısı İstifadəçinin Hesabdan qanunsuz, əxlaq qaydalarına zidd və ya üçüncü şəxslərin hüquqlarını pozan şəkildə istifadə etdiyi barədə məlumat alarsa. Bu halda, Xidmət Təchizatçısı İstifadəçini qeydiyyat zamanı göstərilən mobil nömrəsinə mesaj göndərmək vasitəsilə Hesabının silinəcəyi barədə dərhal məlumatlandırır və həmin ana qədər İstifadəçinin ödədiyi xidmət haqqı ona geri qaytarılmır. Xəbərdarlıqdan sonra İstifadəçi bu cür hərəkətləri dayandırarsa və ya öz davranışı ilə iradı qəbul etdiyini etiraf edib, əvvəlki əməlinin nəticələrini aradan qaldırdığını sübut edərsə, Xidmət Təchizatçısının yazılı razılığı ilə Xidmətlərdən istifadəyə davam edə bilər.
- İstifadəçiyə Hesabını üçüncü şəxslərlə paylaşmaq qadağandır. Əgər İstifadəçi bu qaydanı pozaraq Xidmət Təchizatçısına zərər vurarsa, Xidmət Təchizatçısı kompensasiya tələb etmək hüququna malikdir.
2.3. Elektron xidmətlərin növü və məzmunu
- Xidmət Təchizatçısı istifadəçilərə və respondentlərə iki növ Xidmət təqdim edir:
a) Ödənişsiz xidmətlər;
b) Ödənişli xidmətlər. - Xidmətlər İstifadəçiyə aşağıdakı hallarda təqdim edilir:
a) Hesabın düzgün qeydiyyata alınması və aktivləşdirilməsi — ödənişsiz xidmətlər (o cümlədən demo testləri etmək imkanı) üçün;
b) Hesabın düzgün qeydiyyata alınması, aktivləşdirilməsi və istifadəçinin ödəniş etməsi — ödənişli xidmətlər üçün. - www.eduventos.az vasitəsilə elektron təqdim olunan Xidmətlərin Kataloqu aşağıdakıları əhatə edir:
a) Vebsaytda Hesabın saxlanması imkanı;
b) Demo testlərin həlli imkanı
c) İstifadəçilərin onlayn testləri həll etməsi imkanı.
- 3-cü bənddə göstərilən xidmətlərdən istifadə yalnız İstifadəçinin qeydiyyatdan keçməsi, hesabını aktivləşdirməsindən və ödənişi həyata keçirdikdən sonra mümkündür.
- 3-cü bənddə göstərilən xidmətlər İstifadəçilərə Ödənişsiz Paket çərçivəsində və ya Ödənişli Paketlər çərçivəsində təqdim olunur.
- Qiymət Siyahısında xidmətlər üzrə tariflər göstərilib.
2.4. Razılaşmanın bağlanması və ləğv edilməsi
- Qeydiyyat Formasını doldurub Hesab yaradarkən, İstifadəçiyə Şərtlərlə tanış olmaq və onun müddəalarını təsdiqləmək tələb olunur.
- Qeydiyyat Forması doldurulduqdan sonra Xidmət Təchizatçısı İstifadəçinin qeyd etdiyi mobil telefon nömrəsinə OTP kod göndərir, İstifadəçi həmin kodu portaldakı müvafiq xanaya daxil edib təsdiq etdikdən sonra hesab aktivləşir.
- Elektron xidmətlərin göstərilməsi üzrə Razılaşma, yuxarıda qeyd edilən OTP kodunun alınması ilə bağlanmış hesab edilir.
- İstifadəçi Hesabına mobil telefon nömrəsi və (giriş/istifadəçi adı) və şifrə ilə daxil olur.
- Vebsaytda Hesabın saxlanılması üzrə Razılaşma qeyri-müəyyən müddətə bağlanır və İstifadəçiyə maliyyə öhdəliyi yaratmır.
- İstifadəçi Xidmətləri almaqdan istənilən vaxt imtina edə bilər. Bu halda etdiyi ödəniş geri qaytarılmır.
2.5. Şəxsi məlumatların təqdim edilməsi
- Təchizatçı İstifadəçilərin təqdim etdikləri şəxsi məlumatlarının toplanması və istifadəsi üzərində nəzarəti həyata keçirir.
- Təchizatçı, respondentlərin onlayn Test formaları vasitəsilə toplanmış şəxsi, test və analiz məlumatlarını emal etmək hüququna malikdir.
- Eduventos, şəxsi məlumatları yalnız şərtlərdə müəyyən edilmiş xidmətləri təmin etmək üçün və burada göstərilən məqsədlər üçün istifadə etməyi öhdəsinə götürür. Emal edilən məlumatların həcmi hər dəfə Eduventos tərəfindən müəyyən edilir.
Qeyd: Şərtlərin təsdiqlənməsi, həmçinin Məlumatların İşlənməsi Razılaşmasının təsdiqlənməsi anlamına gəlir.
3. Ödənişlər
3.1. Xidmətin ödənişi bir dəfəlik Ödəniş (One-time Payment) formasında ilə həyata keçirilir. Bu ödəniş qaydası ilə ödəniş öncədən həyata keçirilir və avtomatik yenilənmir;
3.2. İstifadəçi aşağıdakı ödəniş üsullarından birini seçə bilər.
- Ödəniş üsulları:
1. Bank kartları vasitəsilə (istənilən Master, Visa və American Express kartları ilə mümkündür);
2. Applepay vasitəsilə (Apple şirkətinin ödəniş portalı)
3. Googlepay (Google şirkətinin ödəniş portalı)
4. İnteqrasiya olunmuş və ya ödənişi qəbul edən istənilən ödəmə terminalı vasitəsilə
3.3. Ödəniş əməliyyatından sonra İstifadəçi aşağıdakı iki bildirişdən birini alır:
3.3.1 Ödəniş baş tutduğu halda “Ödəniş müvəffəqiyyətlə həyata keçirildi” mesajı və ödənişə dair qəbzin pdf formatında sənədini
3.3.2 Ödəniş hər hansı səbəbdən baş tutmadıqda isə, “Ödəniş həyata keçmədi. Bankınızla əlaqə saxlayın” mesajını
3.4. Xidmət Ödənişdən dərhal sonra aktivləşir.
3.5. Ödənişli Paketlər bitdikdən sonra İstifadəçi Platformanın yalnız aşağıdakı funksiyalarından istifadə edə bilər:
- Şəxsi profilinə baxmaq;
- Profil məlumatlarını dəyişdirmək;
- İmtahan-test nəticələrinə baxmaq.
3.6. Xidmətə giriş dayandırıldıqda bütün xidmətlərdən istifadə imkanı dayandırılır.
4. İstifadəçinin hüquq və öhdəlikləri
İstifadəçinin Öhdəlikləri:
- İstifadəçi “Şərtlər və Qaydalar”a riayət etməlidir.
- Platformanı spam və ya digər qanunsuz materiallara yoluxdurmamaq və buna şərait yaradacaq hər hansı əmələ yol verməmək.
- Platforma məlumatlarından Platformanın özündən kənarda hər hansı məqsəd üçün yayılması, çoxaldılması, istifadəsi, hər hansı formada üçüncü şəxslərə ötürülməsi qadağandır. Belə hallar aşkarlandığı təqdirdə, İstifadəçi qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
- Digər istifadəçilərin hüquqlarını pozmaq və ya sistemə ziyan vermək cəhdləri qadağandır.
- Platformanı lazımsız yerə yükləmək qadağandır.
- İstənilən pozuntu zamanı yaranan zərərlər İstifadəçi tərəfindən ödənilməlidir.
İstifadəçinin Hüquqları:
- Hesabı konfiqurasiya etmək və Ödənişli Paketlərdən istifadə hüququ.
Aşağıdakılar mümkündür:
b) Platformada yerləşən məlumatlardan və dəstək xidmətlərindən istifadə etmək;
c) Aldığı ödənişli paket həddində testlərdən və tədris vəsaitlərindən istifadə etmək;
5. Xidmət Təchizatçısının Hüquqları və vəzifələri
5.1. Xidmət Təchizatçısı Xidmətlərin təqdim edilməsi zamanı lazımi diqqəti göstərmək öhdəlik götürür.
5.2. Xidmət Təchizatçısı, Platformanın texniki xidmətinin yaxşılaşdırılması, funksionallığının inkişaf etdirilməsi və lazımi təmir işləri zamanı Platformanın istifadəsinə məhdudiyyətlər qoymaq hüququnu özündə saxlayır. Lakin, Xidmət Təchizatçısı, yuxarıda qeyd olunan fasilələrin yalnız gecə saatlarında və mümkün qədər qısa müddətdə baş verməsini təmin etmək üçün əlindən gələni etməyə öhdəlik götürür.
5.3. Xidmət Təchizatçısı Şərtləri dəyişdirmək hüququnu özündə saxlayır. Hər hansı dəyişikliklər www.eduventos.az platformasında dərc edildikdən sonra qüvvəyə minir və Portala növbəti giriş zamanı İstifadəçiyə bu barədə bildiriş göstərilir. İstifadəçi yalnız dəyişikliyi qəbul etdiyi halda Xidmətlərdən istifadəni davam etdirə bilər. İstifadəçilərin, Şərtlərin dəyişdirilməsindən əvvəl həyata keçirdikləri fəaliyyətlər, həmin vaxtda tətbiq olunan müvafiq qaydalara əsasən qəbul ediləcək.
5.4. Yeni Şərtləri qəbul etməyən İstifadəçi platformadan istifadəni dayandırır.
5.5. Xidmət Təchizatçısı, İstifadəçilərin hesablarını müvəqqəti olaraq dayandırmaq, xəbərdarlıq etmək və ya silmək hüququnu özündə saxlayır. Bu, adətən o halda baş verir ki, İstifadəçilər Şərtləri pozur və ya xidmətlərdən nəzərdə tutulmuş qaydalara zidd şəkildə istifadə edirlər.
5.6. Xidmət Təchizatçısı, Şərtləri pozan hər hansı məzmunu silmək hüququnu özündə saxlayır.
5.9. Hər bir İstifadəçi Şərtlərin açıq şəkildə pozulmasını bildirən hər hansı təklif, şikayət və ya iradını [email protected] elektron poçt ünvanlarına göndərərək bildiriş edə bilər.
6. ŞİKAYƏTLƏR
6.1. İstifadəçilər Xidmət Təchizatçısının Xidmətləri təqdim etmədiyi və ya Şərtlərə zidd olaraq təqdim etdiyi hallarda Təchizatçının özünə şikayət verə bilərlər.
6.2. Şikayət aşağıdakı məlumatları ehtiva etməlidir: İstifadəçi adı və soyadı, mobil nömrəsi, elektron poçt ünvanı (tələb olunduğu halda), şikayətin göstərildiyi tarix, irəli sürülən etirazların t əsviri və şikayətçinin tələb etdiyi həll.
6.3. Əgər şikayətdəki məlumatlar natamam olarsa və onlara əlavə edilməsi tələb edilərsə, Xidmət Təchizatçısı şikayəti işləmədən əvvəl müraciət edən şəxslə əlaqə saxlayacaq və məlumatları müəyyən edilən müddət və çərçivədə tamamlanmasını istəyəcək.
6.4. Xidmət Təchizatçısı İstifadəçinin şikayəti ilə bağlı 30 gün ərzində mövqeyini bildirməyə məcburdur.
6.5. Xidmət Təchizatçısından 30 gün ərzində cavab alınmazsa, Şikayətçi məhkəməyə müraciət edə bilər.
6.7. Əgər şikayət əsaslı hesab edilərsə, Xidmət Təchizatçısı şikayət predmetinin həll olunması və ya qüsurun aradan qaldırılması üçün zəruri tədbirlər görəcək.
6.8. Şikayətə cavab İstifadəçinin şikayət zamanı təqdim etdiyi elektron poçt ünvanına göndəriləcək.
7. Müqavilədən İmtina
7.1. İstifadəçi, xidmətlərin təmin edilməsinə başlandığı gündən etibarən 14 gün ərzində ondan ümumiyyətlə istifadə etməyibsə, o cümlədən xidmət səhifələrindən heç birinə giriş etməyibsə və ya test suallarına və ya tədris materiallarına baxış keçirməyibsə müqavilədən imtina edə bilər.
8. Müəllif Hüquqları
8.1. Platformada təqdim olunan hər hansı məzmun (bunlara şəkillər, mətnlər, videolar, sual və cavablar, qrafika və loqolar daxildir) şəxsi və ya iqtisadi müəllif hüquqları ilə qorunur və birbaşa Xidmət Təchizatçısına məxsusdur.
8.2. Platformadakı şəkillərin, videoların və digər qrafik materialların, həmçinin mətnlərin, xüsusilə imtahan test sualları və onların cavablarının Xidmət Təchizatçısının və ya hər hansı digər hüquq sahibinin yazılı icazəsi olmadan surətini çıxarmaq, yaymaq, sosial şəbəkələrdə hər hansı formada paylaşmaq və ya yenidən nəşr etmək qadağandır.
8.3. Həmçinin, İstifadəçi və ya istənilən üçüncü şəxsin Platformadan mətn, şəkil, video və s. formatda məlumat yükləməsi və onları marketinq, yardım, kommersiya və digər hər hansı məqsədlər üçün istifadə etməsi qadağandır.
9. Cavabdehlik
9.1. İstifadəçi təqdim etdiyi məlumatlar (ad, soyad və digər mətn məzmunları, qrafik məzmunlar və s.) üçün cavabdehdir. O, platformadan digər istifadəçilərin hesablarına qanunsuz yolla giriş etməyə, platformanın işini hansısa xaker əməlləri etməklə pozmağa, əxlaq və digər dəyərlərə zidd məlumat təqdim etməyə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
9.2. İstifadəçi Xidmət Təchizatçısından əldə etdiyi məlumatları öz riskinə görə yükləyir.
9.3. Həmçinin, Xidmət Təchizatçısı heç bir halda aşağıdakılara görə cavabdeh deyil:
a) İstifadəçilərin Xidmətləri Şərtlərə və ya qanuna uyğun olmayan şəkildə istifadə etmələri nəticəsində üçüncü tərəflərə, habelə onların özlərinə dəymiş ziyan üçün;
b) Platformada yayımlanan onlayn imtahanları düzgün həll etməmə və ya həllindən imtina, imtahan yarışları zamanı nəaliyyətsizliyə və ya zəif nəticələrə, habelə tədris vəsaitlərini mənimsəməmə və ya düzgün mənimsəməmə nəticəsində istifadəçidə yaranan istənilən sarsıntı və ya digər psixoloji gərginlik halına, habelə, belə hallarda İstifadəçinin istənilən qeyri-adekvat davranışına, özünə qəsd və ya digər bədbəxt hadisələrə, üçüncü şəxslərə yetirilən xəsarətə və ya ziyana görə;
c) İstifadəçilər tərəfindən səhv və ya tam olmayan məlumatların təqdim edilməsi;
d) İstifadəçilərin Şərtləri pozmaları
e) Xidmət təchizatçısı onun təqdim etdiyi heç bir xidmətin, o cümlədən imtahan sualları (cavabları), video və s. tədris vəsaitlərinin mənimsənilməsinin digər xidmət təchizatçıları və ya dövlətə aid imtahan mərkəzləri tərəfindən keçirilən müsabiqə və yarışlarda müvəffəq olmaq üçün əsas olmadığını bəyan edir və bununla bağlı hər hansı formada zəmanət vermir. Təqdim edilən xidmətlər yalnız biliyin təkmilləşdirilməsi məqsədi daşıyır.
9.4. Xidmət Təchizatçısı internet şəbəkəsinin nasazlığı, fasiləsi və ya İstifadəçidən qaynaqlanan hər hansı səbəblərdən (ona aid avadanlıqların texniki nasazlığı və s.) İstifadəçi və ya Cavabverənin vebsaytdan istifadəsinin mümkün olmaması halında məsuliyyət daşımır. Xidmət Təchizatçısı, internet şəbəkəsinin fasiləsi səbəbindən İstifadəçinin məlumat itirməsi və ya məlumat ötürə bilməməsi nəticəsində yaranan ziyana görə məsuliyyət daşımır.
9.5. Xidmət Təchizatçısı, İstifadəçinin səhv istifadəsi səbəbindən yaranan ziyanın məsuliyyətini daşımır. Bu, xüsusilə Hesab şifrələrinin açıqlanması, şəxsi məlumatların açıqlanması və ya Xidmətlərin dayandırılmasından və ya Şərtləri pozan İstifadəçinin hesabının silinməsindən yaranan ziyanı əhatə edir.
9.6. İstifadəçi Şərtləri və ya qanunları pozaraq üçüncü şəxslərə ziyan vurarsa, həmin tərəfin zərərini ödəmək öhdəliyini daşıyır;
9.7. Xidmət Təchizatçısı, İstifadəçinin Şərtləri pozmasına görə Xidmətlərin dayandırılmasından yaranan ziyan üçün məsuliyyət daşımır.
9.8. Xidmət Təchizatçısının qanunları pozmaqla İstifadəçiyə vurduğu ziyana görə yalnız maksimal hədd olaraq ondan aldığı xidmət haqqının istifadə olunmamış hissəsi həcmində məsuliyyət daşıyır.
9.9. Xidmət Təchizatçısı heç bir halda fövqəladə hallar səbəbindən məlumatın zədələnməsi və ya itirilməsinə görə məsuliyyət daşımır.
9.10. Xidmət təchizatçısı testlərdəki və ya tədris materiallarındakı səhvlərə görə o halda məsuliyyət daşıyır ki, İstifadəçinin bununla bağlı yazılı iradına 30 gün ərzində reaksiya verməsin, həmin səhvi düzəldərək İstifadəçinin ondan yenidən istifadəsi üçün şərait yaratmasın.
10. Yekun Qaydalar
10.1. Tərəflər arasındakı mübahisələr danışıqlar yolu ilə həll ediləcək. Bunun üçün hüquqlarının pozulduğunu iddia edən tərəf digər tərəfə pretenziya göndərməlidir. Lakin dostca həll mümkün olmadıqda, mübahisə Xidmət Təchizatçısının yerləşdiyi yerin ümumi məhkəməsində həll ediləcək.
10.2. Şərtlərdə qeyd edilməyən məsələlərlə bağlı mübahisələr Azərbaycan qanunvericiliyi ilə tənzimlənəzəcək.
10.3. Şərtlər qeydiyyat zamanı İstifadəçi tərəfindən razılığın qəbul edilməsindən sonra qüvvəyə minir.